QAEABAG..DOYUNEN UREYIMIZ..

7 подписчиков
Bizim DOGMA YURDUMUZ. Qurur yerimizin Azerbaycanimzin Doyunen ureyi desek mence yanilmaram. Siyaseti sohbete qatmadan gelin bir balaca danisaq QARABAGIMIZ haqqinda. kim ne melumat bilirse yazsin. Dağlıq Qarabağ, Azərbaycan Respublikasının qərb hissəsində bölgə. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Dağlıq Qarabağ Azərbaycanın mərkəzi hissəsində yerləşir. Ərazisi 4,4 kv.km yaxud Azərbaycan Respublikası ümumi ərazisinin 5,1 faizini təşkil edir. Vilayətin tərkibinə Xankəndi şəhəri, Əsgəran, Hadrut, Ağdərə, Martuni və Şuşa inzibati rayonları daxildir. Tarixən Qafqaz Albaniyasının (Arranın), Qarabağ xanlığının, Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan Sovet Respublikasının və Azərbaycan Respublikasının tərkib hissəsi olmuş, Azərbaycanın «musiqi akademiyası» kimi məşhur olmuşdur..[1] Tarixən indiki azərbaycanlıların yaşadığı bölgədir. 1820-ci ildən başlayaraq ermənilərin Azərbaycana kütləvi şəkildə köçürüldüyü ərazilərdən biridir. Ermənidilli mənbələrdə adı Arsax kimi işlənir. Tarixi Qarabağ tarixi – etnoqrafik əyalət kimi əvvəlcə Qafqaz Albaniyası dövlətinin tərkibinə daxil olmuşdur. Sonra bütün Azərbaycanla birlikdə Ərəb xilafətinin əsarəti altına düşmüş, Ərəb imperiyasının süqutundan sonra IX – X əsrlərdə Saçilər dövlətinin, X əsrdə Salarilər, XI – XII əsrlərdə Şəddadilər, XII – XIII əsrlərdə Atabəy Eldəgizlər, XIII əsrin ikinci yarısından XVI əsrə qədr Hülakilər (Elxanilər) dövlətlərinin, XV əsrdə Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tərkibinə daxil olmuşdur. Səfəvilər dövləti – Qarabağ tarixi – etnoqrafik əyalətinin ərazisini əhatə edən mərkəzi Gəncə şəhəri olan Qarabağ bəylərbəyliyini yaratdı. Görünür, ayrı – ayrı dövrlərdə Azərbaycanın dövlət və inzibati əyalət sərhədləri dəyişsə də özünəməxsus maddi, təsərrüfat və mənəvi mədəniyyəti ilə xarakterizə olunan Qarabağ bir etnoqrafik əyalət kimi öz inkişafını – fasiləsiz olaraq davam etdirmişdir. XVII əsrin sonundan XVIII əsrin ortalarınadək Azərbaycanın feodal dövlətlərə – xanlıqlara parçalanması zamanı Qarabağ bəylərbəyliyi ərazisində Qarabağ xanlığı və Gəncə xanlığı yarandı. XVIII əsrin ikinci yarısında müstəqil Qarabağ xanlığı feodal dövlətinin yaranması onun öz müstəqilliyini qorumaq üçün həyata keçirdiyi iqtisadi, siyasi və mədəni tədbirlər Qarabağ tarixi – etnoqrafik əyalətinin sosial – iqtisadi həyatında hərtərəfli yüksəlişə, tərəqqiyə səbəb olmuşdu.
Название
QAEABAG..DOYUNEN UREYIMIZ..
Статус
Страна
Азербайджан
Город
Баку
Url
club6755986
Id
6755986
Тематика
Публичная страница
Вики страница
Не установлена
Сайт
Блокировка
Нет ограничений
Видимость
Открытая
Верификация
Группа не верифицирована администрацией Вконтакте
Популярность
У группы нет огня Прометея
Тип
Группа
Возрастные ограничения
Нет
Стена
Открытая
Контакты

Подписчики

Возраст:

Дата рождения

Семейное положение: