Islama mehebbet

33 подписчиков
Məhəbbət barədə Xədicənin övladını ölüm ayağında Məhəmməd həzrətlərinin (s) yanına gətirəndə Peyğəmbərin gözləri yaşardı. Səd dedi: ― Ya Rəsulüllah, ağlamağınızın səbəbi nədir? Məhəmməd (s) buyurdu: ― Ağlamaq Allahın öz bəndələrinin qəlbində gizlətdiyi məhəbbət və sevginin nişanəsidir. Allah rəhmli və mehriban olan bəndələrindən başqa özlərinə rəhm və şəfqət göstərməz. Allahın Rəsulu Səd ibn İbadənin başı üstündə ağlayıb buyurdu: ― Məgər eşitməmisənmi, Allah əziyyət çəkənləri ağlamaq və göz yaşı tökmək xatirinə cəzalandırmayacaq? O, bizim kimi deyil ki, üzünə sillə vurub, yaxasını cıraraq cahillər kimi yas saxlasın. * Vəfalı dostunun vəfasından sonra təmkinli və dözümlü olan bir müsəlman üçün Behiştdən başqa ayrı mükafat olmayacaq. Bir gün Məhəmməd peyğəmbər (s) bir neçə əshabəsi (tərəfdarları) ilə birlikdə oğlu İbrahimi dayəsinin əri Əbu Yusif adlı dəmirçinin yanına gedəndə İbrahim artıq ölümcül halında idi. Kəramətli Peyğəmbər mirvari kimi göz yaşı tökməyə başladı. Oufun oğlu Əbdürrəhman dedi: ― Ey Allahın Peyğəmbəri, nə üçün ağlayıb göz yaşı tökürsən? Məhəmməd həzrətləri (s) buyurdu: ― Ey Oufun övladı, bu göz yaşları can verən şəxs üçün məhəbbət və doğmalıq yaşıdır. Gözüm ağlar, ürəyimsə yaralıdır. Lakin heç bir şey demirəm, çünki bu, Allahın istəyidir. Məhəmməd həzrətləri (s) (əshəbələrdən) soruşdu: ― Sizə belə gəlirmi ki, bu qadın uşağını oda atacaqdır? Yanındakılar dedilər: ― Xeyir. Allahın Peyğəmbəri buyurdu: ― Onda bilin ki, Allahın məxluqatına olan məhəbbəti bu qadının övladına məhəbbətindən artıqdır. Məhəmməd həzrətlərinin (s) qohumlarından biri vəfat etdiyi zaman qadınlar onun ətrafına yığışıb ağlaşdılar. Ömər qalxıb onlara mane olmaq istədi. Həzrəti-Məhəmməd (s) buyurdu: ― Ey Ömər, onları öz ixtiyarlarına burax! Çünki gözlər ağlardır, ürəklərsə kədərli və qəmlidir. Müsibətsə yenicə baş verir. Qadınların oxşamaları şivənsiz və ağlaşmasız olmur. * Peyğəmbər (s) şivən salmaq, üzə sillə vurmaq və dırnaqla üz cırmaq kimi cahillik (ərəbin büdpərəst dövrü) matəmini qadağan etdi. Lakin ürəkdə matəm saxlamağı rəva bildi.
Название
Islama mehebbet
Статус
Страна
Азербайджан
Город
Баку
Url
club6166038
Id
6166038
Тематика
Публичная страница
Вики страница
Свежие новости
Сайт
www.islam.az
Блокировка
Нет ограничений
Видимость
Открытая
Верификация
Группа не верифицирована администрацией Вконтакте
Популярность
У группы нет огня Прометея
Тип
Группа
Возрастные ограничения
Нет
Стена
Открытая
Контакты

Подписчики

Возраст:

Дата рождения

Семейное положение: