AEGEE-baki
7 подписчиков
AEGEE-Bakı – Avropa Tələbələr Forumu Bakı İctimai Birliyi AEGEE-Avropa şəbəkəsinin ən gənc antenalarından (üzvlərindən) biridir. AEGEE-Bakı qeyri-siyasi, qeyri-hökumət və dünyəvilik prinsipləri əsasında yaradılmış gənclər qurumudur. Təşkilatın üzvləri Bakının müxtəlif universitetlərində təhsil alan tələbələr və artıq təhsilini bitirmiş şəxslər ola bilər.
Bizim əsas məqsədimiz beynəlxalq əməkdaşlığı dəstəkləmək və genişləndirməklə demokratoyanı, insan hüqüqlarını, tolerantlığı, təhsildə Avropa standartlarını və xüsusilə də Avropaya İnteqrasiyanı inkişaf etdirməkdir. Azərbaycanı Avropanın bir hissəsi hesab edən AEGEE-Bakı Avropa və Azərbaycan gəncləri arasında olan əməkdaşlığı, münasibətləri və inteqrasiyanın genişlənməsinin tərəfdarıdır. Bu məqsədlə AEGEE-Bakı müxtəlif yerli və beynəlxalq tədbirlər, o cümlədən yay universitetləri, dil kursları həyata keçirir və onlarda aktiv iştirak edir.
AEGEE (Association des Etats Generaux des Etudiants de l'Europe) , yəni Avropa Tələbələri Forumu Avropada ən böyük tələbə assosiasiyasıdır; təşkilat Avropanın 40 ölkəsinin 241 şəhərindən olan 15.000-dək müxtəlif füsunkar mədəniyyətlərə malik tələbəni özündə birləşdirir. AEGEE dünyəvi, gəlir güdməyən, heç bir siyasi partiyaya aid olmayan bir təşkilatdır. Onun həyata keçirdiyi bütün layihə və fəaliyyətləri təşkilat üzvlərinin könüllülük prinsipləri əsasındadır. 2004-cü ildə bir neçə Avropa inteqrasiyası ideyalı azərbaycanlı tələbə yerli antennanın açılması təşəbbüsü ilə çıxış etmiş və artıq həmin ildə Avropa komandası ilə birgə bir neçə kiçik həcmli tədbir həyata keçirmişlər. Fəaliyyətinin 3 ili ərzində AEGEE-Bakı təşkilatı Azərbaycan gənclərinin Avropaya inteqrasiyasına əsaslı töhvə vermiş bir çox gənclər mübadiləsi proqramı həyata keçirmişdir.
Məqsədlər:
• Vahid Avropa məkanı ideyasını təşviq etmək
• Bu gün və gələcəyin tolerant cəmiyyətini formalaşdırmağa töhvə vermək
• Demokratiya, insan hüquqları, tolerantlıq, təhsildə sərhədlər arası əməkdaşlıq, mobillik və Avropaya İnteqrasiyanı dəstəkləmək
Fəaliyyət sahələri
• Mədəni mübadilə
• Aktiv Vətəndaşlıq
• Ali təhsil
• Sülh və Stabillik
AEGEE-Baki – European Students' Forum Baku Public Union is one of young local antenna of AEGEE network. It is a non-political, secular and non-commercial youth organization. Our members are students from various unive
Название
AEGEE-baki
Статус
Страна
Азербайджан
Город
Баку
Url
club5598484
Id
5598484
Тематика
Закрытая группа
Вики страница
Не установлена
Сайт
www.aegee-baki.org
Блокировка
Нет ограничений
Видимость
Закрытая
Верификация
Группа не верифицирована администрацией Вконтакте
Популярность
У группы нет огня Прометея
Тип
Группа
Возрастные ограничения
Нет
Стена
Открытая
Контакты



