QuestNet Ltd- Your Success Our Passion
2 подписчиков
QuestNet Ltd. şirkəti elektron ticarət haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycanda fəaliyyətini tam bərpa edərək yeni formatda davam etdirir.
QuestNet şirkətinin marketinq strategiyası dünyada qəbul olunmuş internet üstündən birbaşa alıcıya eksklüziv məhsulların satışını həyata keçirməkdir. Şirkətin Azərbaycandakı nümayəndəliyinin təşkili ilə bağlı bütün zəruri qeydiyyat prosedurları başa çatdırılıb və Nümayəndəlik faktiki fəaliyyətə başlayıb. Bu barədə Lent.az-a “İntellekt Holdinq” Şirkətlər qrupunun direktoru, hüquqşünas Natiq Abdullayev verib. QuestNet Ltd. ilə bağlanmış müqaviləyə əsasən şirkətə ölkəmizdə hüquq və biznes məsləhətçisi xidmətini Natiq Abdullayev göstərir.
N.Abdullayevin verdiyi məlumata görə, şirkətin fəaliyyətinin keyfiyyətcə yeni formatda qurulması istiqamətində zəruri tədbirlər görülüb. “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanununa və şəbəkə marketinqinin dünyada qəbul olunmuş tələblərinə uyğun olaraq şirkətin yeni marketinq planı hazırlanıb. Şirkətin məhsullarının və xidmətlərinin təşviqi və təbliği istiqamətində fəaliyyətini təşkil etmək üçün distribütorlarla müqavilələr bağlanıb. Hazırki vaxta 10 distribütorla müqavilə bağlanaraq onların fəaliyyətə başlamasına rəsmi icazə verilib. Bu vaxta qədər bir sıra şəxslər Şirkətin Azad Nümayəndələri qismində fəaliyyət göstərirdilər. Bundan sonra isə məhsul və xidmətlər distribütorlar vasitəsilə təşviq və təklif olunacaq ki, bu da şirkətin vahid marketinq planı əsasında həyata keçirilir. Distribütorların müəyyənləşdirilməsi zamanı çoxsaylı Azad Nümayəndələrlə iş aparılıb və nəticədə elektron ticarət haqqında ölkə qanunvericiliyini və şəbəkə marketinqi strategiyasını bilən şəxslər seçilib.
QuestNet Ltd.nin Azərbaycan Nümayəndəliyi şirkətin fəaliyyəti istiqamətlərini, marketinq planını əks etdirən təlimatlar hazırlayıb və bu şirkətin xidmətlərindən istifadə edən istehlakçıların maariflənməsi üçün zəruri tədbirləri görür.
“İstehlakçılarda yanlış təsəvvürlərinin aradan qaldırılması üçün bir daha qeyd olunur ki, bu şirkət elektron ticarət platformasında yalnız məhsul və xidmətlər təklif edir. Bu fəaliyyət Azərbaycan Respublikasında azad sahibkarlıq və elektron ticarət qaydalarını tənzimləyən qanunvericiliklə tənzimlənir.
Название
QuestNet Ltd- Your Success Our Passion
Статус
Страна
Информация скрыта или не указана
Город
Баку
Url
club13496029
Id
13496029
Тематика
Публичная страница
Вики страница
Не установлена
Сайт
http://www.quest.net/
Блокировка
Нет ограничений
Видимость
Открытая
Верификация
Группа не верифицирована администрацией Вконтакте
Популярность
У группы нет огня Прометея
Тип
Группа
Возрастные ограничения
Нет
Стена
Выключена
Контакты
