Naxcivan
0 подписчиков
Naxçıvan çoxəsirlik tarixə və zəngin maddi-mədəniyyət abidələrinə malik olan ən qədim Azərbaycan torpağıdır. Burada hələ neolit dövründə yerli tayfalar oturaq həyat sürmüş, müxtəlif təsərrüfat və sənət sahələri ilə məşğul olmuşlar.
"Naxçuan", "Naxcuan" və ya "Naqşecahan" adlanmışdır.
Bir sıra fars və türk mənbələrində Naxçıvan "Nəqşicahan" kimi göstərilir. Naxçıvan sözünün türk mənşəli olduğunu "Naxçıvan" sözü ilk mənbələrdə müxtəlif şəkildə verilmişdir. Şəhər yunanca "Naksuana", pəhləvicə "Naxç", ərəbcə - "Nəşəva" və ya onu Akçıvan-Naxçıvan-Oğuz ağ ərənlər vətəni kimi mənalandıranlar da vardır. Son tədqiqatlar Naxçıvan sözünün mənşəyini elam dilindəki "Nahhunte" sözü ilə əlaqədar izah edirlər. "Van" toponimik formatının qədimliyini nəzərə aldıqda şəhərin ilk adının Nahhuntevan olduğunu düşünmək olar. Bu adın sonralar yerli türk əhalisi tərəfindən Naxçıvan şəklinə düşməsi mümkündür.
Naxçıvan Yaxın Şərqin ən məşhur qədim şəhərlərindən biridir. Onun 3500 ildən çox yaşı vardır. Naxçıvan haqqında ilk yazılı məlumata Klavdiy Ptolemeyin "Coğrafiya" əsərində rast gəlinir. O, Naxçıvanın hələ miladdan öncə II yüzillikdə şəhər olduğunu xəbər verərək yazmışdır: "Naksuana geniş ərazisi olan Vaspuraqanın mərkəzidir. 37 nahiyədən ibarət olan bu ölkənin bir nahiyəsini də Naksuana təşkil edir". Son tədqiqatlar şəhərin bina edilməsinin miladdan öncə II minilliyin ortalarına (1539) aid olduğunu göstərir.
Böyük karvan yolunun üzərində yerləşən Naxçıvan şəhəri miladın III yüzilliyində sasanilər tərəfindən dağıdılmışdır. Burda VI yüzilliyin birinci yarısından VII yüzilliyin birinci yarısına qədərki dövrdə sasanilərə məxsus zərbxanalarda üzərində "Naxç" sözü yazılmış gümüş pullar kəsilmişdir.
Səlcuqlar dövründə Naxçıvan
VII yüzilliyin I yarısında Naxçıvan Bizans imperatoru İraklinin hücumuna məruz qalmışdır. 654-cü ildə ərəb əmiri Həbib ibn Məsləmə Naxçıvanı zəbt etmişdir. Şəhər inzibati cəhətdən xilafətin 3-cü əmirliyinə daxil edilmişdir. Bu dövrdə feodal zülmünə, həmçinin yadellilərin əsarətinə qarşı bir sıra çıxışlar olmuşdur. IX yüzilliyin əvvəllərindən ərəblərə qar&
Название
Naxcivan
Статус
Страна
Азербайджан
Город
Информация скрыта или не указана
Url
club1070696
Id
1070696
Тематика
Закрытая группа
Вики страница
Не установлена
Сайт
Блокировка
Нет ограничений
Видимость
Закрытая
Верификация
Группа не верифицирована администрацией Вконтакте
Популярность
У группы нет огня Прометея
Тип
Группа
Возрастные ограничения
Нет
Стена
Открытая
Контакты
